"Neftçi"nin "Partizan" məğlubiyyəti - VİDEO

23:38 - 6 İyul 2026

Daha öncə qeyd etdiyimiz kimi, Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Serbiyanın "Partizan" klubu ilə üz-üz gəlib. Qarşılaşma Belqrad təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Neftçi" Sloveniyada ilk hazırlıq matçını ÇFR-ə (Rumıniya) qarşı keçirib. "Ağ-qaralar" bu görüşdə rəqibinə 1:2 hesabı ilə uduzub.

Xəbər xətti