Fransa Futbol Federasiyası FİFA-ya Maykl Oliseyə göstərilən sarı vərəqənin ləğv olunması ilə bağlı müraciət göndərib.
Sportal.az xəbər verir ki, 24 yaşlı vinger DÇ-2026-nın 1/8 finalında Paraqvay yığması ilə oyunun (1:0) 97-ci dəqiqəsində Matías Qalarsa Fonda ilə yaşadığı epizoda görə hakim Ilgiz Tantaşev tərəfindən sarı vərəqə almışdı.
Videotəkrarlarda isə Olisenin rəqibə toxunmadığı görünür. “Bavariya”nın futbolçusu sadəcə Qalarsanın qarşısında barmağını dodaqlarına aparıb, bundan sonra paraqvaylı oyunçu özünü yerə atıb. FFF müraciətinə həmin epizodun videotəkrarını da əlavə edib.
Xatırladaq ki, bundan əvvəl FİFA Folarin Baloqunun Bosniya və Herseqovina ilə oyunda aldığı qırmızı vərəqədən sonra tətbiq olunan diskvalifikasiyanı ləğv etmişdi.
saytlarin hazirlanmasi
