"Milan" ispaniyalı müdafiəçi transfer edir

21:31 - 7 İyul 2026

"Latsio"nun müdafiəçisi Mario Xila İtaliyada klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, "Milan" italiyalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. "Rossoneri" Xila üçün 30 milyon avro təzminat ödəyəcək. Bu məbləğin 50 faizi 25 yaşlı mərkəz müdafiəçisinin sabiq klubu "Real"ın hesabına keçəcək. Oyunçu "Milan"la 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Mario Xila 2022-ci ilin yayından "Latsio"da çıxış edir. İspaniya millisinə də dəvət alan futbolçu 2025/26 mövsümündə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.

Xəbər xətti