Arbeloa London klubunun baş məşqçisi təyin olundu

18:13 - 8 İyul 2026

İngiltərənin "Fulhem" klubunun yeni baş məşqçisi məlum olub.

Sportal.az xəbər verir ki, Premyer Liqada mübarizə aparan London təmsilçisini Alvaro Arbeloa çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya mütəxəssislə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Alvaro Arbeloanın son iş yeri "Real" olub. 43 yaşlı məşqçi 2025/26 mövsümü başa çatdıqdan sonra Madrid klubundan ayrılıb.

Xəbər xətti