36 yaşında sabiq klubuna qayıtdı

18:32 - 8 İyul 2026

Niderlandın "Ayaks" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Amsterdan nəhəngi "Jirona"dan ayrılan Deyli Blindi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderlandlı futbolçu ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Deyli Blind 2023-cü ilin 2023-cü ilin yayından "Jirona"da çıxış edirdi. 36 yaşlı mərkəz müdafiəçisi "Ayaks"ın yetirməsidir. O, daha əvvəl komandanın heyətində meydana çıcdığı 33 rəsmi matçda 13 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçu "Qroningem", "Mançester Yunayted" və "Bavariya"nın da formasını geyinib.

Xəbər xətti