"Şəfa" Mertensi transfer etdi

16:31 - 9 İyul 2026

“Şəfa” növbəti transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçi Dilan Mertensi heyətinə qayıb. 30 yaşlı niderlandlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Mertens son olaraq ölkəsində “Telstar”ın üzvü olub. O, karyerası ərzində Niderlandın “TOP Oss” və “Volendam” komandalarının formasını geyinib.

Dilan eyni zamanda Rusiyanın “Fakel” (Voronej), Bolqrasıtanın “Botev” (Polivdiv) və “Sarsko Selo” klublarında legioner həyatı yaşayıb.


Xəbər xətti