Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Kayzerslautern”dən ayrılığı məsələsi an məsələsidir.
Sportal.az saytına verilən məlumata görə, Emrelinin daha bir variantı ortaya çıxıb.
Belə ki, Polşa yüksək liqasında yarışan “Rakov” Mahir üçün hərəkətə keçib. Polyaklar onun keçidini bu yay həll etmək niyyətindədir. Amma millimizin üzvü yekun qərarını verməyib.
Onun hazırda APOEL və “Levadiakos”dan da sərfəli təklifləri var.
Qeyd edək ki, Mahir Emrelinin “Kayzerslautern”lə müqavilə müddəi 2028-ci il iyunun 30-na qədərdir.
