"Sportinq"Cesse Derrinin transferini rəsmən açıqlayıb.
Sportal.az xəbər verir ki, 19 yaşlı vinger "Çelsi"dən bir mövsümlük icarə əsasında Portuqaliya klubuna keçib. Bundan əvvəl London təmsilçisi futbolçu ilə müqavilənin müddətini 2032-ci ilə qədər uzadıb.
Derri “Çelsi”nin əsas komandasında bütün turnirlərdə 3 oyunda meydana çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.
O, “Çelsi”nin U-21 komandasında isə 21 matçda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
