"Milan" 24 yaşlı "Real"ın yetirməsi olan müdafiəçini transfer etdi - RƏSMİ

22:04 - 10 İyul 2026

"Milan" Mario Gilanın transferini rəsmən açıqlayıb.

Sportal.az xəbər verir ki, 25 yaşlı ispaniyalı müdafiəçi "rossonerilər"lə 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. O, yeni komandasında 34 nömrəli forma ilə çıxış edəcək.

Bildirildiyinə görə, transferin dəyəri 25 milyon avro + 5 milyon avro bonus, yəni ümumilikdə təxminən 30 milyon avro təşkil edir.

Qeyd olunur ki, futbolçunun yetirməsi olduğu "Real" bu məbləğin 50 faizini, yəni təxminən 15 milyon avro əldə edəcək. Bu, Gilanın əvvəlki transfer razılaşmasına daxil edilmiş satışdan pay bəndi sayəsində mümkün olacaq.


Xəbər xətti