Emiliano Martínez "Yuventus"a keçməyə razılıq verib.
Sportal.az xəbər verir ki, Turin klubunun nümayəndələri bu gün "Aston Villa" qapıçısının menecerləri ilə görüş keçirib və şəxsi müqavilə şərtlərində razılıq əldə ediblər. Futbolçunun özü də İtaliya klubuna keçmək istədiyini bildirib.
Bununla belə, "Yuventus" hələ də Birmingem təmsilçisi ilə transferin şərtlərini razılaşdırmalıdır.
Martinez ötən mövsüm Premyer Liqada 32 oyun keçirib və 39 qol buraxıb.
saytlarin hazirlanmasi
