"Real"dan Cud Bellingem qərarı

21:08 - 8 İyul 2026

"Real" Cud Bellingemin müqaviləsinin müddətini uzatmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

​"Kral klubu" uğurlu mövsümdən və dünya çempionatındakı çıxışından sonra ingiltərəli futbolçuya yeni uzunmüddətli sözləşmə təklif etmək niyyətindədir. La Liqa nəhəngi Bellinqemin illik maaşını 18,2 milyon avrodan 24,3 milyon avroya qaldırmağa hazırdır. Bu, 23 yaşlı hücumameyilli yarımmüdafiəçini klubun ən yüksək maaş alan oyunçularından birinə çevirəcək.

Qeyd edək ki, Cud Bellingem 2025/26 mövsümündə "Real"ın heyətində bütün turnirlər daxil olmaqla 40 matçda iştirak edib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

​Yarımüdafiəçinin klubla hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədədir.

Xəbər xətti