FIFA Fransa millisinin üzvü Maykl Olisenin DÇ-×026-nın 1/8 finalında Paraqvaya qarşı keçirilən oyunda (1:0) aldığı sarı vərəqəni ləğv etməkdən imtina edib.
Sportal.az xəbər verir ki, 24 yaşlı vinger əlavə vaxtda paraqvaylı yarımmüdafiəçi Matias Qalarsa ilə mübahisədən sonra cəzalandırılıb.
Təkrar kadrlarda Olisenin rəqibinə toxunmadığı aydın görünsə də, FIFA qalmaqallı hakimin qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, FIFA daha əvvəl ABŞ millisinin hücumçusu Falorin Baloqunun qırmızı vərəqəsini ləğv etmişdi və o, Belçikaya qarşı oynaya bilmişdi.
Fransa millisi 1/4 finalda Mərakeş yığması ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 10-da keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
saytlarin hazirlanmasi
