Super Liqanın debütantı tanınmış hücumçu ilə anlaşdı

19:34 - 8 İyul 2026

"Marsel"in hücumçusu Pyerr-Emerik Obameyanq karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Çorum" qabonlu forvardın keçidini həll edib. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Super Liqanın debütantı Obameyanqın həm özü ilə, həm də klubu ilə razılığa gəlib. 37 yaşlı futbolçu yaxın günlərdə "Çorum"la müqavilə imzalayacaq.

Qeyd edək ki, Pyerr-Emerik Obameyanq 2025/26 mövsümündə "Marsel"in heyətində meydana çıxdığı 41 rəsmi matçda 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti