"Düşünürəm ki, bu gün "Torpedo" da qalib gələ bilərdi" - Rəşad Sadıqov

22:46 - 8 İyul 2026

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Gürcüstanın "Torpedo" üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib.

Sportal.az xəbər verir ki, Sadıqov bildirib ki, rəqibin heyətində keyfiyyətli futbolçular var: “Rəqibin heyətində yaxşı oyunçular var, komanda olaraq da bizdən daha hazırlıqlı idilər. Onlara qarşı durmağa çalışdıq və bu alındı. Daha çox qol da vura bilərdik”.

Baş məşqçi buna baxmayaraq, qarşılaşmanın heç də asan keçmədiyini vurğulayıb: “Düşünürəm ki, bu gün “Torpedo” da qalib gələ bilərdi. Futbol elə oyundur ki, 10-15 dəqiqə ərzində inanılmaz hadisələr baş verir”.

Rəşad Sadıqov cavab matçının önəmini də qeyd edib və komandanın arxayınlaşmamalı olduğunu bildirib: “Qarşıda vacib cavab oyunu var. Həmin görüşə ciddi hazırlaşmalıyıq. Mərhələni keçmək üçün əlimizdən gələni etməliyik. Bütün rəqiblərə hörmətlə yanaşırıq”.

Xəbər xətti