"Zirə"nin kapitanı: "Səfərdəki görüşdə maksimum dərəcədə diqqətli olmalıyıq"

10:50 - 9 İyul 2026

"Zirə"nin kapitanı Qismət Əliyev Konfrans Liqasının birinci təsnifat mərhələsinin "Torpedo"(Kutaisi) klubuna qarşı (3:0) keçirilmiş ilk oyunu barədə danışıb.

Sportal.az saytına açıqlama verən müdafiəçi Sumqayıtdakı qalibiyyəti belə şərh edib:

"Çətin rəqiblə qarşılaşacağımızı bilirdik. Gürcüstan Super Kubokundakı qalibiyyət onlara yüksək motivasiya vermişdi. Yaxşı və layiqli qələbə qazandıq. Buna baxmayaraq, rahatlaya bilmərik. Çünki rəqibimiz matçın gedişatını dəyişməyə çalışacaq. "Torpedo" azarkeşlərinin dəstəyi ilə evdə hücuma keçəcək. Ümid edirəm ki, növbəti mərhələyə adlayacağıq. Amma səfərdəki görüşdə maksimum dərəcədə diqqətli olmalıyıq".

Mirbağırağa
 

Xəbər xətti