Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında mövsümün açılış matçlarındakı nəticələr ölkələrin UEFA reytinqindəki mövqelərinə təsir göstərib.
Sportal.az xəbər verir ki, “Sabah” və "Zirə" Çempionlar Liqası və Konfrans Liqasının birinci təsnifat mərhələsinin ilk oyunlarında müvafiq olaraq, Uelsin TNS(2:0) və Gürcüstanın "Torpedo"(Kutaisi) (3:0) klubları üzərində qələbələri sayəsində Azərbaycana 0,500 xal qazandırıb.
Hazırda ölkəmiz 19.062 xalla 26-cı yerdədir.
Azərbaycan İsraildən (20.750) bir pillə üstün, Slovakiyadan (18.250) isə bir pillə aşağıdadır. Azərbaycan Avropa mövsümünə 18.562 xalla başlayıb.
