"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç Sportal.az saytına açıqlama verib.
Monteneqrolu futbolçu Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın "Vestri" klubu üzərində 3:0 hesablı qələbəsini şərh edib:
"Avropa mövsümünün ilk oyunu üçün yaxşı oynadıq. Rəqibdən asılı olmayaraq, qələbə ilə başlamaq vacib idi. Qol buraxmadan qalib gəldik və üç qol vurduq. Komandada çoxlu yeni oyunçu var. Gördüyünüz kimi, onlar komandanın oyununu başa düşürlər ki, bu da qarşıdakı oyunlar öncəsi çox vacibdir. Ümid edirəm ki, hamı tez uyğunlaşacaq. Hamısına uğurlar və yaxşı oyun arzulayıram".
