"Düzünü desəm, “Torpedo”nun “Zirə”yə səfərdə bu cür hesabla uduzacağını ehtimal etmirdim. Mənim üçün gözlənilməz oldu”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Aleksandr Qoqoberişvili deyib.
Azərbaycan Premyer Liqasıdan “Qarabağ”, “Turan”, AZAL və “Bakı” klublarının formasını geyinmiş gürcü hazırda ölkəsində məşqçi kimi fəaliyyət göstərir. Gürcüstan çempionu “İberiya” klubunda məşqçilik edən Qoqoberişvili Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin “Zirə” – “Torpedo”(Kutaisi)(3:0) oyunundakı nəticədən bəhs edib. O, “Zirə”nin layiqli qələbə qazandığını söyləyib:
“Zirə” – “Torpedo” görüşünün nəticəsinin mənim üçün gözlənilməz olmasının bir neçə səbəbi var. “Torpedo” buna qədər son matçlarını çox yaxşı səviyyədə keçirmişdi. Superkuboku da qazandılar. Hətta bir neçə yaxşı transfer etdilər. Ona görə də “Torpedo”dan daha aqressiv, daha təşkilatlanmış oyun gözləyirdim. Amma “Zirə daha təşkilatlanmış və daha hazır görünürdü. Bu mənada, “Zirə” layiqli qələbə qazandı. Təbii ki, qarşıda cavab görüşü var və o da çətin alınacaq. Mən sadəcə ilk oyunda gördüklərimə əsasən danışdım”.
Mirbağırağa
saytlarin hazirlanmasi
