Luka Modriç DÇ-2026-dan sonraXorvatiya yığmasındakı karyerasını başa vurmaq fikrindən daşınıb.
Sportal.az xəbər verir ki, Xorvatiya millisi turnirin 1/16 finalında Portuqaliyaya 1:2 hesabı ilə uduzaraq mundialla vidalaşıb. Bundan sonra komandanın baş məşqçisi Zlatko Daliç də vəzifəsindən ayrılıb.
Məlumata görə, Modriç ən azı gələn mövsüm də milli komandada oynamağa davam etmək qərarı verib. Həmçinin onun "Milan"da qalacağı da gözlənilir.
Bildirilir ki, 40 yaşlı kapitanın bu qərarına Xorvatiya millisinin baş məşqçi postuna Slaven Biliçin təyinatı təsir edib. Məhz Biliçin rəhbərliyi altında Modriç 2006-cı ildə milli komandada debüt etmişdi.
saytlarin hazirlanmasi
