"Seltik" Kamilo Duranı transfer edə bilsə, əsl qələbə olacaq" - şotland məşqçi

12:48 - 9 İyul 2026

Şotlandiyalı futbol mütəxəssisi Aleks Rey "Qarabağ"ın hücumçusu Kamilo Duranın “Seltik”ə mümkün transferi ilə bağlı şərh verib.

Sportal.az “Inside Futbol”a istinadən xəbər verir ki, şotland mütəxəssis baş tuta biləcək həmin transferi klub adına uğur adlandırıb:

“Əlbəttə ki, "Ayntraxt", "Ayaks", "Nyukasl" və "Benfika" Avropada yüksək keyfiyyətli və tanınmış klublardır. Kamilo Duranın bu səviyyədəki qolları çox şeydən xəbər verir. Düşünürəm ki, bir çox Avropa klubu onu transfer etməyə çalışıb. Əgər "Seltik" onu transfer edə bilsə, bu, onlar üçün əsl qələbə olacaq”.

Duran hazırda Şotlandiyadadır və əgər tibbi müayinədən keçərsə, Qlazqo klubu 24 yaşlı hücumçu üçün təxminən 13 milyon manat ödəyəcək.

56 yaşlı veteran futbolçu “Sanderlend”, “Vulverhempton”, “Reyncers” klublarının formasını geyinib. O, hazırda Şotlandiyanın “Patrik Tistl” klubunun məşqçisidir.

Xəbər xətti