"Napoli"nin yarımmüdafiəçisi "Real"ın hədəfində

16:05 - 9 İyul 2026

"Napoli"nin yarımmüdafiəçisi Skott Maktominey karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Real" şotlandiyalı oyunçunun xidmətində maraqlıdır. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Madrid nəhənginin baş məşqçisi Joze Mourinyo Maktomineyi komandasında gözmək istəyir. "Real" 29 yaşlı futbolçu üçün İtaliya klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Napoli" Skott Maktomineyi 2024-cü ilin yayında "Mançester Yunayted"dən 30 milyon avroya transfer edib. Şotlandiya millisinin üzvü 2025/26 mövsümündə Neapol təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 14 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti