Azərbaycanı tərk etdi, bu klubla anlaşdı - FOTO

19:49 - 10 İyul 2026

“Qəbələ”dən ayrılan Seydina Keytanın yeni komandası məlum olub.

Sportal.az xəbər verir ki, seneqallı futbolçu karyerasını yenidən Litvada davam etdirəcək.

33 yaşlı afrikalı əvvəlki klubu “Panevejis"lə 2 illik müqavilə imzalayıb.

Xatırladaq ki, ötən yayda “Qəbələ”də forma geyinən Keyta iyunda müqaviləni uzatsa da, sonradan şəxsi məsələlərini əsas gətirərək komandadan ayrılmışdı.

Xəbər xətti