"Araz-Naxçıvan" braziliyalı qapıçı transfer etdi

16:51 - 10 İyul 2026

Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb.

Sportal.az xəbər verir ki, braziliyalı qapıçı Artur Auqusto Da Silva 2026-2027-ci illər mövsümünü komandanın heyətində keçirəcək. 27 yaşlı qolkiperlə anlaşmanın müddəti 1 ildir. 

O, karyerası ərzində Braziliyanın “Desportivo Braziliya”, Portuqaliyanın “Oliveyrense”, “Feyrense” klublarının qapısını qoruyub. Auqustonun ölkəmizə gəlməzdən əvvəl İndoneziyanın “Semen Padang” komandasında çıxış edib.  

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Xəbər xətti