"Komandanın vəziyyəti həm fiziki, həm də mental cəhətdən yaxşıdır" - Yuri Vernidub

22:46 - 10 İyul 2026

“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidub Serbiyanın “Radniçki Niş” klubu ilə yoxlama oyunundan (3:0) sonra klubun rəsmi saytına açıqlama verib.

Sportal.az sizi həmin açıqlama ilə tanış edir:

“Sınaq matçlarında əsas məsələ futbolçuları yoxlamaq, taktiki gedişlərin üzərində işləməkdir. Nəticə bir nömrəli vəzifə deyil, amma istənilən halda, qələbə qazanmaq xoşdur. Futbolçularımı təbrik edirəm. Yaxşı oyun keçirdik. Həm ilk, həm də ikinci hissədə meydana çıxan oyunçular əllərindən gələni etdilər. Bəzi futbolçuları fərqli mövqelərdə də yoxladıq. Yolumuza davam edirik. Artıq hazırlığın son mərhələsindəyik. Qarşıda daha bir oyunumuz var. Ondan sonra Bakıya qayıdacağıq. Bir-iki günlük istirahətdən sonra isə artıq Konfrans Liqası matçına hazırlaşacağıq. Komandanın vəziyyəti həm fiziki, həm də mental cəhətdən yaxşıdır”.

Xəbər xətti