"İspaniya millisinin oyununa baxmağa və öyrənməyə dəyər" - Vernidub

15:59 - 11 İyul 2026

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub DÇ-2026 barədə danışıb.

Sportal.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan ukraynalı mütəxəssis Fransa və İspaniya millilərinin oyununu bəyindiyini deyib:

"Fransa millisi çox xoşuma gəlir. İspanlar həqiqətən əla futbol göstərirlər. Baxmağa və öyrənməyə dəyər. Standart vəziyyətlərdən çoxlu qol vururlar, ona görə də oyunun bu aspektinə də diqqət yetirmək lazımdır. Düşünürəm ki, nəsə öyrənmək istəyən hər bir məşqçi qeydlər edir və onları öz komandası üçün silah kimi istifadə edir".

Xəbər xətti