"Milliyə dəvət edilməməyim mənə ikiqat motivasiya verir" - Ukrayna klubundan ayrılan azərbaycanlı

17:22 - 12 İyul 2026

"Digər klubların nümayəndələri mənə müraciət etdilər, başqa təkliflərim də var idi. Amma digər klublarla razılığa gələ bilmədik".

Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan millisinin üzvü Emil Mustafayev deyib. 

Ötən mövsümü icarə əsasında oynadığı "Sumqayıt"da qalan yarımmüdafiəçi seçimini bu cür izah edib:

"Mövsüm bitdikdən sonra “Sumqayıt”dan zəng gəlmişdi. Bilirdim ki, burada qalmağım mənim üçün yaxşı olacaq. Xüsusən də özümü Azərbaycan Premyer Liqasında ən azı bir mövsüm daha sübut etmək istədiyim üçün. Sonda da belə qərar verdim, "Sumqayıt"da qaldım".

O, bir ara milliyə dəvət edilsə də, sonradan təklifin gəlməməsi haqda fikirlərini bildirib: "Milli komandaya çağırılmamağım mənə daha çox çalışmaq və özümü təkcə özümə deyil, həm də özümə sübut etmək üçün ikiqat motivasiya verir. Düşünürəm ki, bu mövsüm yaxşı çıxış etsəm, çağırış çox yaxındır. Ümid edirəm ki, "Sumqayıt"dakı növbəti mövsümüm əvvəlkindən daha yaxşı olacaq".

Qeyd edək ki, Emil Mustafayev "Polessye"dən ayrılaraq "Sumqayıt"la 2 illik rəsmi müqavilə imzalayıb.

Mirbağırağa
 

Xəbər xətti