"Mbappedən qorxmuram" - ispaniyalı müdafiəçi

17:07 - 13 İyul 2026

İspaniya milli komandası DÇ-2026-nın yarımfinal mərhələsində Fransa ilə üz-üzə gələcək.

Sportal.az xəbər verir ki, ispanların futbolçusu Pau Kubarsi oyundan əvvəl açıqlama verib. 19 yaşlı mərkəz müdafiəçisi rəqib hücumçu Kilian Mbappedən qorxmadığını deyib:

“Mbappe? Ondan qorxmuram. Heç bir qorxu yoxdur. Ancaq hər kəs onun keyfiyyətlərini bilir. Mbappe matçda aktiv olmasa belə, ani bir hərəkətlə oyunun taleyini dəyişə bilər. O, Lamin Yamal kimi unikal oyunçudur. 90 dəqiqə ərzində diqqətli olmalısan".

Qeyd edək ki, Fransa - İspaniya qarşılaşması 14 iyul tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər xətti