"Aston Villa" transferi yekunlaşdırmağa yaxındır - Bundesliqa klubunun tarixində ən bahalı satış

00:33 - 13 İyul 2026

"Aston Villa" ilə "Frayburq" Johan Manzambinin transferi ilə bağlı tam razılığa gəlib.

Sportal.az xəbər verir ki, bonuslar da daxil olmaqla transferin ümumi dəyəri təxminən 70 milyon avro olacaq. Bu, baş tutacağı təqdirdə, “Frayburq” tarixində ən bahalı satış olacaq.

Bundan əvvəl "Nyukasl" da “Frayburq”la futbolçunun 60 milyon avroya transferi barədə razılıq əldə etmişdi. Lakin Manzambi “sağsağanlar”a keçidə son razılığını vermədiyi üçün bu transfer reallaşmadı.

Nəticədə “Aston Villa” 20 yaşlı yarımmüdafiəçini transfer etməkdə rəqibini qabaqlayıb. Manzambi artıq Birmingem klubuna keçməyə razılıq verdiyini bildirib.

Xəbər xətti