"Yeni transferlərin hamısı yüksək səviyyəli futbolçulardır, sadəcə zamana ehtiyacları var" - "Qarabağ"ın sabiq forvardı

19:49 - 12 İyul 2026

"Qarabağ"ın sabiq forvardı Samir Musayev Sportal.az saytına müsahibə verib. 

- "Qarabağ" bu mövsüm Avropadakı ilk oyununda 3:0 qalib gəldi. "Vestri" önündəki qalibiyyəti necə şərh edərdiniz? Komanda gözlədiyiniz səviyyədə oynadı?

"Qarabağ" həmişəki kimi öz oyununu oynadı. Əlbəttə, sevindirici hal odur ki, yeni gələn futbolçular komandanın oyun üslubuna tez adaptasiya oldular. "Qarabağ" oyuna diqtə edən tərəf idi. Bu da nəticədə özünü göstərdi. 

- "Qarabağ"ın yenilənmiş heyəti var. Bu haqda fikriniz necədir? Daha çox hansı legioner diqqətinizi çəkdi?

- Hələ ki bir şey demək çətindir. Amma bu oyunda futbolçular əsas komandanın oyununa uyğunlaşmış kimi göründülər. Ancaq hələ ki bir-birilərinə uyğunlaşmaları tam deyildi. Məncə, belə matçlar keçirərək o da olacaq. İlk oyunda mənə xoş təsir bağışlayan futbolçu Bence Verkonye oldu. Sadə, etibarlı, soyuqqanlı oynadı. İnamlı görünürdü.Təbii ki, futbolçuların keyfiyyəti ağır oyunlarda görünəcək. 

- Demək olar ki, yeni gələnlər sanki tez bir zamanda adaptasiya olub, komandanın oyun sisteminə tez bir zamanda uyğunlaşa biliblər?

- Dediyim kimi, komandanın oyun sisteminə uyğunlaşma yüksək səviyyədədir. Ancaq futbolçuların bir-birilərini daha yaxşı başa düşmələri üçün vaxt lazımdır. Ondan sonra "Qarabağ" tam fərqli komanda olacaq. Buna əminəm. Zaman hər şey göstərəcək.

- "Qarabağ"ın İslandiyada da rəqibini məğlub edəcəyini ehtimal edirsiz, yoxsa çətin olacaq səfərdə?

- "Qarabağ" üçün İslandiyada çətin olmayacaq. Amma futboldur da, ona görə çox ciddi yanaşmaq lazımdır. Əminəm ki, bunu futbolçular yaxşı dərk edir. Hər halda, onsuz da Qurban Qurbanov və məşqçilər korpusu daim futbolçulara bu haqda danışır. Səfərdə də uğurlu nəticə olacağına inanıram. 

- Bu heyət "Qarabağ"ın Avropa Liqasında qrup mərhələsinə düşməsinə nəqədər imkan yaradır?

- İndidən nəsə demək olmur. Bunu oyunlar göstərəcək. Lakin məncə, bütün transferlər yüksək səviyyəli futbolçulardır. Zaman keçdikcə bütün futbolçuların komandaya xeyrini görəcəyik. Hər halda, qarşıda oyunlar çoxdur. Onlara da zaman lazımdır.

Mirbağırağa
 

Xəbər xətti