"Mançester Yunayted" və İngiltərə millisinin keçmiş müdafiəçisi Rio Ferdinandın fikrincə, DÇ-2026-da 1/4 final mərhələsinin Norveçlə (2:1) görüşünün ən yaxşısı Elliot Anderson olub.
Sportal.az "Metro"ya istinadən xəbər xəbər verir ki, görüşün ən yaxşısı Bellingem seçilib. Amma Ferdinand Andersonun daha yaxşı performans sərgilədiyini söyləyib:
"Bəli, mən Andersonu qeyd edərdim. O, möhtəşəm oyun sərgilədi. Onlardan hər ikisinin - Elliot və ya Bellingemin performansı və qətiyyətli hərəkətləri olmadan qələbənin baş tuta bilməyəcəyini iddia etmək olar. Buna görə də hər ikisinin kombinasiyası lazımdır. Amma qulaq asın, mənim heç bir şübhəm yoxdur: Jude “matçın adamı” mükafatını alıbsa, buna layiqdir. Qələbəni gətirən odur. Sadəcə mən Ellitou seçərdim".
Qeyd edək ki, DÇ-2026-da yarımfinalda İngiltərə Argentina ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi
