"Meydanda 11 nəfər qalsaydıq, Argentinanı məğlub edərdik" - İsveçrə millisinin kapitanı

11:17 - 12 İyul 2026

İsveçrə millisinin yarımmüdafiəçisi Qranit Caka DÇ-2026-da 1/4 finalda Argentinaya qarşı (3:1) görüşdə Breel Embolonun meydandan qovulmasına münasibət bildirib. 

Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, 72-ci dəqiqədə baş hakim Joao Pedro Pineyro Embolo "aşkar simulyasiya" etdiyinə görə ikinci sarı vərəqə göstərərək meydandan qovub. 

Caka isə həmin anları bu cür şər edib:

“Yaxşı başladıq. Künc zərbəsindən sonra qol buraxdıq, amma bundan sonra, İsveçrə meydanda üstünlük təşkil etdi. İlk hissədə çox qol şansı yaratmasaq da, topa sahib idik. Rəqibin ilk hissədə başqa heç nəyi yox idi - yalnız künc zərbəsindən bir qol. İkinci hissə bizim tərəfimizdən idarə olundu. Tədricən daha çox risk etməyə başlaya biləcəyimizi bilirdik.

Bu riskləri etdik, qol vurduq və özümüzə inamlı hiss etdik. Daha çox enerjimiz və uğura inamımız var idi, amma qırmızı vərəqə hər şeyi dəyişdirdi. Düşünürəm ki, qovulma olduqca ümidverici olan ilkin oyun planımızı pozdu. Bir hakim qərarına görə uduzmaq ağırdır. Amma bu, onun qərarı idi. İndi, matçdan sonra bununla barışmaq çətindir – paltardəyişmə otağı səssiz idi və məyusluqla dolu idi. Amma Argentinaya qarşı belə oynadıqdan sonra məyus olmağımız komandamızın güclü mentalitetindən çox şey xəbər verir”.

Qaydalar qaydadır və biz onları dəyişdirə bilmərik, amma belə bir qərar sadəcə oyunu pozur. Bu mənim şəxsi fikrimdir. Düşünürəm ki, meydanda çox yaxşı görünürdük. Əminəm ki, meydanda 11 nəfər qalsaydıq, Argentinanı məğlub edərdik. Lakin indi, matçdan sonra, doğru sözləri tapmaq çox çətindir".

Xəbər xətti