"Qarabağ"ın yeni transferi Renaldo Sefas Sportal.az saytına açıqlama verib.
Ağdam klubunun vingeri komandasının Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" üzərindəki 3:0 hesablı qələbəsini şərh edib: "Yaxşı hazırlaşmışdıq. Ümumilikdə oyunu yaxşı səviyyədə keçirdik. Qalib gəlmək bizim üçün vacib idi. Bunu reallaşdırdığımız üçün xoşbəxtəm. Təbii ki, səfər görüşü də asan olmayacaq. Ancaq hazırlaşacağıq. Çalışacağıq ki, səfərdə də bizə lazım olan nəticəni qazanaq".
Yamaykalı futbolçu "Qarabağ"ın heyətində debüt oyununda ilk qolunu vurması barədə isə bu cür danışıb: "Təbii ki, qol vurmağım məni çox sevindirdi, çox xoşbəxtəm. Debüt matçımda bunu etməyim də xüsusi sevindirici hadisədir. Onsuz da meydançaya ən yaxşısını vermək üçün çıxmışdım. Qarşıda oyunlar çoxdur. Hər zaman komandaya kömək olmağa çalışacam".
saytlarin hazirlanmasi
