"Deyəsən, biz əziyyət çəkmədən qalib gəlməyi bacarmırıq" - millinin müdafiəçisi

23:01 - 12 İyul 2026

Kristian Romero DÇ-2026-nın 1/4 finalında İsveçrə üzərində əlavə vaxtda qazanılan 3:1 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, Argentina millisinin müdafiəçisi bunları qeyd edib:

“Deyəsən, biz əziyyət çəkmədən qalib gəlməyi bacarmırıq. Amma bu komanda ilə qürur duyuram və çox xoşbəxtəm. Hazırda etdiklərimiz inanılmazdır və biz dayanmaq fikrində deyilik."

İngiltərə ilə keçiriləcək yarımfinal barədə danışan "Tottenhem"in müdafiəçisi görüşə həddindən artıq məna yükləməməyə çağırıb:

“Bu, sadəcə növbəti oyundur. Ondan xüsusi hadisə yaratmağa ehtiyac yoxdur. Bu, futboldur. Biz yalnız öz oyunumuza köklənmişik və son illərdə nümayiş etdirdiyimiz komanda ruhunu və oyun üslubunu yenə göstərmək istəyirik. Bəzən əziyyət çəkməli olursan, bəzən yaxşı oynayırsan, bəzən isə istədiyin kimi alınmır. Ən vacibi isə meydana ürəklə çıxmaq, təşəbbüsü ələ almaq və sonadək mübarizə aparmaqdır”.

Xəbər xətti