"Çelsi" 60 milyon avroluq qapıçı transferinə hazırlaşır

17:44 - 13 İyul 2026

"Çelsi" heyətini yeni qapıçı ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Portu"da çıxış edən Dioqo Koştadır. Bu barədə jurnalist Əkrəm Konur məlumat yayıb.

Portuqaliyalı qolkiperin klubu ilə müqaviləsində 60 milyon avroluq satınalmaa bəndi yer alıb. "Çelsi" 26 yaşlı futbolçu üçün bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, Dioqo Koşta "Portu"nun yetirməsidir. Portuqaliya millisinin üzvü 2025/26 mövsümündə "əjdahalar"ın heyətində 49 oyun keçirib, 25 qol buraxıb və 24 dəfə qapısını toxunulmaz saxlayıb.

Xəbər xətti