Ukraynalı hücumçu üçün 23 milyon avro

18:16 - 13 İyul 2026

"Roma"nın hücumçusu Artyom Dovbik karyerasını Niderlandda davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Ayaks" ukraynalı forvardı transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Amsterdam nəhəngi 29 yaşllı futbolçu üçün A Seriyası klubunun tələb etdiyi 23 milyon avroluq təzminatı ödəməyə hazırdır.

Qeyd edək ki, "Roma" Artyom Dovbiki 2024-cü ilin yayında "Jirona"dan 41 milyon avroya transfer edib. Ukrayna millisinin üzvü 2025/26 mövsümündə "canavarlar"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti