"Kəpəz"in baş məşqçisi: "İrəliləyiş hiss olunur"

13:49 - 21 İyul 2026

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov “Şamaxı”ya qarşı keçirdikləri yoxlama matçı haqda danışıb.

Sportal.az xəbər verir ki, klubun saytına danışan Məmmədov "Kəpəz" azarkeşlərinə təşəkkür edib: 

“Bu yoxlama oyunumuz hazırlıq dövrünün 2-ci hissəsinə təsadüf edib. Bu matçın hazırlığına 4 gün idi ki, başlamışdıq və gündə iki dəfə məşq keçirdik. Futbolçular məşqlərdə də, oyunda da özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar.

Təbii ki, çatışmayan məqamlar var. Bir neçə mövqedə futbolçularla danışıqlar gedir. Seleksiya işlərini yekunlaşdırmaq üzrəyik. Sevindirici hal ondan ibarətdir ki, ilk görüşlə müqayisədə fiziki hazırlıq və texniki baxımdan irəliləyiş hiss olunur. Amma daha çox çalışmalıyıq ki, çatışmayan cəhətlərimizi aradan qaldıraq. Qəbələdə keçirilən hər iki oyunda bizi tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm”.

Xəbər xətti