"Neftçi" "Dinamo"ya uduzdu - YENİLƏNİB

21:52 - 22 İyul 2026

Bu gün "Neftçi" Avropa Konfrans Liqasında mübarizəyə start verib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar" turnirin 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Dinamo" (Belarus) ilə qarşılaşıb.

"Palms Sports Arena"da baş tutan duel saat 20:00-da başlayıb. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Cavab görüşü iyulun 30-da Bolqarıstanda baş tutacaq. 

UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi
İlk oyun

20:00 "Neftçi" - "Dinamo" (Minsk, Belarus) 2:4

Qollar: Emin Mahmudov, 2, İqor Ribeyro, 8 - Karen Vardanyan, 37, 57, Yevgeni Malaşeviç, 48, Quljigit Alikulov, 78

Baş hakim: Kostas Fellas
8-ci km stadionu

Xəbər xətti