Portuqaliya millisində oynamış hücumçu "Kəpəz"də

21:35 - 22 İyul 2026

Kəpəz" daha bir futbolçunun transferini gerçəkləşdirib.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azuma Abubakar “sarı-göylər”in formasını geyinəcək. Portuqaliyalı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. 29 yaşlı forvardın son klubu Avstriya “Lustenau”su olub.

Azuma Abubakar Portuqaliyanın U-19 milli komandasının da formasını geyinib.

Xəbər xətti