İtaliya B seriyasında 3-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 yığma komandasının hücumçusu Lorenzo Mezzoteronun formasını geyindiyi “Sampdoriya” səfərdə “Palermo” ilə qarşılaşıb.
Mezzoteronun komandası bu görüşdə 3:1 uduzub.
Yığmamızın forvardı meydana 83-cü dəqiqədə buraxılıb. Üç turdan sonra “Sampdoriya” bir xalla turnir cədvəlində 18-ci pillədədir.
saytlarin hazirlanmasi
