Sentyabrın 12-də Misli Premyer Liqasının V turu çərçivəsində "Kəpəz" və "Qəbələ" komandaları arasında keçiriləcək oyununun start fitindən öncə Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədar Gəncə Şəhər Stadionunda 1 dəqiqəlik sükut elan olunacaq.
Sportal.az xəbər verir ki, bununla bağlı "Kəpəz" rəhbərliyinin PFL-ə müraciətinə müsbət cavab verilib.
Bir dəqiqəlik sükut zamanı, həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.
saytlarin hazirlanmasi
