Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün daha iki matç keçirilib.
"Şamaxı" evdə "Araz-Naxçıvan"la qarşılaşıb və qalib gəlib.
"Sumqayıt" isə "Kəpəz"lə bərabərə qalıb.
"Şamaxı" - "Araz-Naxçıvan" 2:1
Qollar: Apolinario 27(p), 32(p) - Ağadadaş Salyanski 32
Baş hakim: İnqilab Məmmədov.
Şamaxı şəhər Stadionu
"Kəpəz" - "Sumqayıt" 1:1
Qollar: Kalunqa 87 - Banqre 35
Hakim: Əliyar Ağayev
Gəncə şəhər Stadionu
