"Neftçala" ikinci oyunda da fərqli qalib gəldi
Futbol üzrə Azərbaycan I Divizionunda 2-ci tura start verilib.
Sportal.az xəbər verir ki, “Kəpəz”in qonağı olan “Neftçala” rəqibini 3-0 hesabı ilə məğlub edərək ikinci qələbəsini qazanıb.
Neftçala təmsilçisinin heyətində Vaqif Güləliyev (d.34), Ceyhun Abdullayev (d.59) və Timur Dadaşov (d.90+2) fərqləniblər.
saytlarin hazirlanmasi