San Marino oyunundakı iğtişaşlar buna əsas verir
FİFA Ukrayna millisini cəzalandıra və qərarlaşdığı H qrupunda aktivindən 3 xalı silə bilər.
Sportal.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində San Marino (9:0) ilə oyunda azarkeşlərin törətdiyi iğtişaşlar millinin başına iş açıb. Bu barədə Ukrayna Futbol Fedresiyasının vitse-prezidenti Sergey Storojenko məlumat verib. Onun sözlərinə görə, 11 sentyabrda FİFA-dan federasiyaya məktub daxil olub. Həmin məktuda deyilir ki, Ukrayna – San Marino oyununda ukraynalı azarkeşlərin çoxsaylı qayda pozuntuları qeydə alınıb. Fanatlar oyunda Ukranya millisinin əslən braziliyalı futbolçusu Edmarın ünvanına irqçi şüarlar səsləndirib. Buna görə də komandanın 3 xalı ləğv edilə, növbəti oyunu azarkeşsiz keçirə və federasiyaya ağır cərimə tətbiq edilə bilər.
Qeyd edək ki, Ukrayna millisi hazırda H qrupunda 15 xalla ikinci pillədədi. Yığma komanda I pillədə qərarlaşan İngiltərə seçməsindən bir xal geridə qalır.
saytlarin hazirlanmasi