Bu hərəkət "Beşiktaş" - "Qalatasaray" oyununda aləmi bir-birinə vurdu FOTO

13:40 - 23 Sentyabr 2013

Melo aranı qarışdırdı
 
Dünən Türkiyə Superliqasının V turuna “Beşiktaş” – “Qalatasaray” derbisi qalmaqallarla damğa vurub.
 
Sportal.az xəbər verir ki, məlum olduğu kimi, azarkeşlərin meydana daxil olmasından sonra oyun yarımçıq dayandırılıb. Matçın əlavə olunmuş dəqiqəsində qonaqların futbolçusu Felipe Melo baş hakim Fırat Aydınus tərəfindən qırmız vərəqə ilə cəzlandırılıb. Braziliyalı oyunçu meydanı tərk edərkən formasını çıxarıb və azarkeşlərə göstərib. Bu hərəkət isə hirsli “Beşiktaş” fanatlarını özündən çıxarıb və oyunda ara qarışıb.  
 
 

Xəbər xətti