"Xəzər Lənkəran" sabahdan məşqlərə başlayacaq
Premyer Liqanın VII turu çərçivəsində səfərdə AZAL üzərində 3:1 hesabı ilə qələbə qazanan “Xəzər Lənkəran” doğma şəhərə qayıdıb.
Sportal.az xəbər verir ki, “ağ-yaşıllar” bu gün Bakıda bərpa məşqi keçdikdən sonra cənuba doğru istiqamət alıb.
Axşama doğru Lənkərana çatan komanda istirahətə çəkilib. Növbəti məşq sabah saat 18:00-a nəzərdə tutulub.
Qeyd edək ki, “Xəzər Lənkəran” növbəti turda “İnter”i qəbul edəcək.
saytlarin hazirlanmasi