Fatih Terim "Qalatasaray"dan ayrılır?

16:55 - 24 Sentyabr 2013

Klubun prezidenti məsələyə aydınlıq gətirdi
 
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim klubun ona təklif etdiyi iki illik müqaviləni rədd edib.
 
Sportal.az xəbər verir ki, bu barədə "Cim Bom"un prezidenti Ünal Aysal jurnalistlərə açıqlamasında bildirib:
 
"O, "Antalyaspor"la matçdan sonra müqaviləni yeniləməyi qəbul etmədi. Mənə "bir illik uzadırdıq, indi iki il deyirsiniz" dedi. Terimin qərarına hörmət edirik".
Aysal bildirib ki, qarşdakı 24-48 saat ərzində baş məşqçi ilə bağlı son qərar veriləcək: "Qərarsızlıq çox pisdir. Rəhbərliklə danışıb, qarşıdakı 24-48 ərzində qərarımızı verəcəyik. Hazırda heç bir baş məşqçi ilə danışıqlara başlamamışıq. Lazım olsa, ən yaxşı yerli və ya əcnəbini komandaya gətirə bilərik".

Xəbər xətti