Rövnəq Abdullayev "Mil-Muğan"ın futbolçuları ilə görüşüb FOTO

18:37 - 24 Sentyabr 2013

AFFA prezidenti İmişlidə olub
 
AFFA-nın prezidenti Rövnəq Abdullayev bu gün İmişli rayonunda səfərdə olub. Sportal.az xəbər verir ki, assosiasiya prezidenti Heydər Əliyev adına İmişli şəhər stadionuna da baş çəkib.

Abdullayev arenada "Mil-Muğan" komandasının üzvləri ilə görüşüb. Qurum başçısı burada yaradılmış şəraitlə tanış olub, müvafiq tövsiyələrini verib.
Qeyd edək ki, “Mil-Muğan” Azərbaycan çempionatının I divizionunda çıxış edir.

 

Xəbər xətti