Sportal.az xəbər verir ki, “Neftçala” və “Lokomotiv” klubları arasında 28 sentyabr tarixində keçirilməli olan oyun 29 sentyabrda “Bakı”nın təlim-məşq bazasında baş tutacaq.
Buna səbəb N.Nərimanov adına Neftçala şəhər stadionunda dövlət əhəmiyyətli tədbirin keçirilməsidir.