"Şaxtyor"da ən çox çalışan baş məşqçi
"Şaxtyor"un baş məşqçisi Mirça Luçesku klubun tarixinə düşüb.
Sportal.az xəbər verir ki, 2004/2005 mövsümündən Ukrayna təmsilçisini çalışdıran rumıniyalı mütəxəssis klubdakı 3 min 417-ci gününü geridə qoyub. Bununla da o, Oleq Oşenkovu keçərək klubun tarixində ən uzun müddət işləyən baş məşqçi olub.
Qeyd edək ki, 68 yaşlı M.Luçesku "Şaxtyor"dakı karyerasında ümumilikdə 7 liqa və 5 Ukrayna kubokunu qazanıb və ölkənin futbol tarixinin ən uğurlu çalışdırıcısı olub.
saytlarin hazirlanmasi