Bu gün səhər məşqindən sonra Lənkərandakı bazasından Bakıya yola düşən “Xəzər Lənkəran” paytaxtda məskunlaşaraq “Rəvan”la matçın hazırlığını davam etdirəcək. Qarşıdakı 3 gündə “ağ-yaşıllar” məşqlərini “Bayıl Arena”da keçirəcək.
Hazırda zədəli olduğundan məşqlərə qatıla bilməyən kamerunlu hücumçu Mbilla Etame də komanda ilə birgədir və futbolçunun müalicəsi davam etdirilir. Digər tərəfdən yüksək hərarətdən əziyyət çəkən ispaniyalı Edu Oriol və U-17 millinin uzun sürən toplanışından dönən Elnur Cəfərov artıq komanda ilə birgə hazırlıqlarda iştirak edir.